VEB YAZILARI



BALACA QARA BALIQ

Çillə axşamı idi. Qoca Balıq dəryanın dibində nəvə-nəticələrini ətrafına toplayıb onlara nağıl danışırdı: Biri var idi, biri yox idi, bir Balaca Qara Balıq var idi. O anası ilə birlikdə kiçik bir arxda yaşayırdı. Arxın suyu dərəyə axırdı. Balaca Qara Balıqla anasının bir qara daşın dalında, yosunların arasında evləri var idi. Ana və bala səhərdən axşama qədər bir-birinin dalına düşüb üzür, hərdən başqa balıqlara qoşulub sürətlə balaca bir yerdə gəzişir və geri qayıdırdılar. Qara Balıq anasının bircəsi idi.
Bir neçə gün idi ki, o, fikrə dalır, az danışırdı. könülsüz və tənbəl-tənbəl o tərəf-bu-tərəfə gedir, geri qayıdırdı. Çox vaxt anasından xeyli geri qalırdı. Anası əvvəlcə elə bilirdi ki, sadəcə olaraq balasının kefi yoxdur, bu kefsizlik tezliklə keçib gedəcəkdir. Lakin… Demə, Balaca Balığın dərdi varımış…
Bir gün səhər tezdən, günəş doğmamış, Balaca Balıq anasını yuxudan oyadıb:
–Anacan, –dedi, sənə bir neçə kəlmə sözüm var.
–Eh, sən də vaxt tapdın! Danışmağı sonraya saxla. Yaxşı olar ki, gəzməyə çixaq, –deyə Ana Balıq gözlərini ovuşdurdu və əsnədi.
–Yox, anacan, mən daha belə gəzməyi istəmirəm. Gərək burdan gedəm, –deyə Balaca Balıq etiraz etdi.
Anası heyrətlə ona baxıb soruşdu:
–Doğurdan getmək istəyirsən?
–Bəli, anacan, hökmən getməliyəm!
–Axı, alaqaranlıqda hara getmək istəyirsən?
–İstəyirəm, gedim görüm, arx harada qurtarır. Bilirsənmi, anacan, uzun müddətdir ki, filəşirəm, görəsən arx harada qurtarır? Amma indiyə qədər bir nəticəyə gələ bilməmişəm.
Dünən gecədən gözümü yummayıb hər şeyi götür- qoy etmişəm.

ادامه مطلب


آخرین ارسال ها

آخرین جستجو ها